İranın Mədəni İrs Nazirliyi dövlət borcunu azaltmaq üçün 19 qədim tarixi abidəni satışa çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times” qəzeti yazıb.
İranın cənub-qərbində neftlə zəngin olan Xuzistan əyaləti də satışa çıxarılan mülklər sırasındadır. Siyahıdakı ən əhəmiyyətli tikililərdən biri Kirman vilayətindəki min illik Rayen qalasıdır. Digəri isə Qacar şahzadəsi Nəsirəddin Mirzənin kənd iqamətgahıdır. Bina 1979-cu il İslam İnqilabından sonra Pəhləvi və Qacar sülalələrinin üzvlərinə məxsus bir çox digər binalar kimi şahzadənin varislərindən müsadirə edilib və hazırda hökumətin mülkiyyətindədir.
Ekspertlər qeyd edirlər ki, beynəlxalq sanksiyaları nəzərə alaraq, çox güman ki, İranın yalnız siyasi əlaqələri olan varlı elitası bu mülkü ala bilər.
Gülayə Mecid