Özbəkistanda növbədənkənar prezident seçkilərinin keçiriləcək tarix bəlli olub.
"Unikal" xəbər verir ki, Özbəkistan Prezidentinin Mətbuat katibi Şerzod Asadovun sözlərinə görə, ölkədə növbədənkənar prezident seçkiləri iyulun 9-u keçiriləcək.
Qeyd edək ki, ölkənin yeni Konstitusiyasının prezidentə verdiyi səlahiyyətlərə uyğun olaraq, Mirziyoyev seçkilər barədə sərəncam imzalayıb.
14:08
Özbəkistan prezidenti Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə prezidentin sözçüsü Şerzod Əsədov məlumat verib.
“Prezident yenilənmiş Konstitusiyanın 128-ci maddəsi ilə ölkə Prezidentinə verilən səlahiyyətlərdən istifadə edərək ikinci mühüm sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək”, - o, bildirib.