Türkiyə Ermənistanla normallaşma prosesində güzəştə gedib.
"Unikal" xəbər verir ki, bunu “Lider Haber” telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Ankara Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək üçün bu addımları atıb.
"Amma bir daha göstərdilər ki, onlar səmimi deyillər... Biz Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı qətlə yetirən şəxslərə abidə qoyulmasını qəbul etmirik”, - deyə XİN rəhbəri bildirib.
Nazir əlavə edib ki, Türkiyə tərəfi abidənin qoyulması ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələ ilə bağlı Ermənistana qarşı yeni addımlar atacaq.