Aİ Rusiyaya yardım edən Çin, İran və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilir ki, Brüssel Rusiyaya texniki avadanlıq tədarük edən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
Qeyd olunur ki, sanksiyalar Ermənistanda bir şirkətə və Rusiya Federasiyasına pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə məşğul olan İran şirkətlərinə şamil oluna bilər. Sanksiya siyahısı ilə bağlı müzakirələr mayın ortalarında aparılacaq.