ABŞ-ın hazırkı prezidenti Co Bayden, eləcə də keçmiş prezidentlər Barak Obama və Donald Tramp Haaqa məhkəməsi qarşısına çıxmalıdırlar.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Mik Uolles sosial şəbəkə hesabında yazıb.
"Obama, Tramp və Bayden Beynəlxalq Cinayət Məhkəməsində görünsünlər",- o, qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın 43-cü prezidenti Corc Buş və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də məhkəmə qarşısına çıxmalıdır.
"Əgər bu baş verməsə, o zaman Beynəlxalq Cinayət Məhkəməsinin ədalət mühakiməsi səviyyəsinin etimadı fəlakətli dərəcədə aşağı səviyyədə olacaq",- deyə Uolles yekunlaşdırıb.
Xatırladaq ki, bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya lideri Vladimir Putinin həbsinə order verib.
Gülayə Mecid