Rusiyanın Kurqan vilayətində genişmiqyaslı yanğınlar səbəbindən mayın 9-da keçiriləcək Qələbə Paradı baş tutmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vadim Şumkov özünün "Telegram" kanalında yazıb.
"Yanğınların fəlakətə səbəb olması və insanların həlak olması ilə əlaqədar sabahkı tədbirlər qısaldılmış formatda keçiriləcək", - deyə rayon rəhbəri bildirib.
Şumkov qeyd edib ki, konsert meydançaları açılacaq, digər tədbirlər keçiriləcək, lakin parad və atəşfəşanlıq olmayacaq. O, rayon rəhbərliyinin qərarına anlayışla yanaşmağı xahiş edib.
Qeyd edək ki, yanğınlarla əlaqədar bölgədə fövqəladə vəziyyət rejimi qüvvəyə minib.
Ağarza Elçinoğlu