Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10 -da Moskvada Rusiya, İran və Suriyanın xarici işlər nazirləri ilə danışıqlar zamanı suriyalı qaçqınların vətənlərinə qayıtması məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb .
“Bunlar Suriya ilə bağlı danışıqlar olacaq. Suriyalı qaçqınların öz vətənlərinə təhlükəsiz şəkildə necə qaytarılacağını müzakirə edəcəyik. Amma bunun üçün zəmin hazırlamalı, təhlükəsizliyi və sabitliyi təmin etməliyik. Bunun üçün Suriya rəhbərliyi və BMT ilə əməkdaşlıq etmək lazım gələcək ”, - Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, indi Suriya hakimiyyəti qaçqınların təhlükəsiz qayıtmasını təmin edə bilmir.