ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri, Respublikaçılar Partiyasının üzvü Maykl Makkol Dövlət Departamentinin rəhbəri Entoni Blinkeni Konqresə hörmətsizlik etdiyinə görə məsuliyyətə cəlb etmək niyyətində olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb .
Buna səbəb Blinkenin Kabildəki ABŞ kontingentinin ölkədən çıxarılması ilə razılaşmayan amerikalı diplomatların birgə bəyanatını verməkdən imtina etməsi olub. Makkol Dövlət Departamentinin rəhbərindən mayın 11-dən gec olmayaraq sənədi öz komissiyasına təhvil verməsini tələb edib.
Telekanalın məlumatına görə, Blinken komitə rəsmilərinə bildirib ki, o, fərqli fikirli diplomatların öz fikirlərini bildirmək üçün kanaldan istifadəsinə mənfi təsir göstərə biləcəyindən narahat olduğu üçün sənədin tam mətninin yayımlanmasının əleyhinədir. Bu kanal indi ABŞ Dövlət Departamentinin əməkdaşlarına narahatlıqlarını məxfi şəkildə rəhbərliklə bölüşmək imkanı verir.
Bundan əvvəl The New York Post seçiciləri Əfqanıstandakı uğursuzluqlarda həm Bayden, həm də Trampı günahlandırmağa çağırmışdı .