Mart ayında Qvineya körfəzində dəniz quldurları tərəfindən hücuma məruz qalan “Monjasa Reformer” tankerinin əsir götürülmüş altı dənizçisi Nigeriyada azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə gəminin sahibi – Danimarkanın “Monjasa” kompaniyası məlumat yayıb.
Dənizçilərin şəxsi məlumatları, o cümlədən vətəndaşlığı, həmçinin onların azad edilməsinin təfərrüatı açıqlanmayıb.