Danimarkalı deputat Soren Sonnergaard və onun isveçli həmkarı Kadir Kasırqaya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilərdə müşahidə missiyasında iştirak etmək üçün akkreditasiyadan məhrum edilib .
"Unikal" xəbər verir ki, bu münasibətlə ATƏT müşahidəçilərinin qısamüddətli missiyasının xüsusi əlaqələndiricisi Maykl Georq Link və ATƏT PA nümayəndə heyətinin rəhbəri Fərəh Kərimi birgə bəyanatla çıxış ediblər .
“ATƏT Parlament Assambleyasının Türkiyənin ATƏT-dəki diplomatik missiyasını məlumatlandırdığına görə, biz Türkiyə hakimiyyətinin beynəlxalq müşahidəçilər missiyasının işinə mənfi təsir göstərə biləcək bu addımından məyusuq”, - deyə təşkilat bildirib.
ATƏT qeyd edib ki, ev sahibi ölkə müşahidə missiyasının tərkibinə birbaşa və ya dolayısı ilə təsir göstərməməlidir. Ümumilikdə ATƏT PA Türkiyəyə 100-ə yaxın müşahidəçi göndərib.
Ekspert bir müddət əvvəl Türkiyədə keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlmək şansını çox yüksək adlandırmışdı .