"Mayın 18-də başa çatacaq taxıl müqaviləsinin uzadılması şansları var".
"Unikal" xəbər verir ki, bu barədə bazar günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “Habertürk” telekanalının efirində bildirib ."Ümid edirəm ki, taxıl sövdələşməsi uzadılacaq, bununla bağlı şanslar var. Bu istiqamətdə lazımi səylər göstərilir".
22 iyul 2022-ci ildə İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb. Bu il martın 18-də Rusiya sazişin müddətini 60 gün uzadacağını elan edərək, bunun BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət qədər vaxt olacağı barədə xəbərdarlıq edib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, sövdələşmənin uzadılması ilə bağlı növbəti qərar Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından, sığorta müqaviləsinin ləğvindən asılı olacaq.