Berlin İnzibati Məhkəməsi yerli polisin iddiasını təmin edib və mayın 9-da Rusiya bayraqlarının, SSRİ bayraqlarının, həmçinin Georgi lentlərinin və digər Rusiya simvollarının nümayişini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə polisin “Twitter“ səhifəsində yayılan bildirişdə deyilir.
Bu səbəbdən sovet memoriallarında Rusiya bayraqları və simvolları olmayacaq. Mayın 8-i və 9-da Qələbə Gününün qeyd olunması zamanı qarşıdurmaların qarşısını almaq üçün Ukrayna bayraqlarının asılması da qadağan edilib.
Bundan əvvəl Berlinin inzibati məhkəməsi Rusiya Federasiyasının bayraqlarını və rəmzlərini “Ölməz Alay”ın yürüşünə aparmağa icazə verib. Lakin polis Ali İnzibati Məhkəmədə iddia qaldıraraq bu qərardan apellyasiya şikayəti verib.