Varşavada izdiham Rusiyanın Polşadakı səfiri Sergey Andreyev və digər rusiyalı diplomatlara memorial kompleksə əklil qoymağa imkan verməyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya səfirliyinin əməkdaşları Polşanın faşizmdən azad edilməsi uğrunda həlak olmuş sovet əsgərlərinin xatirəsini ehtiramla yad etmək üçün abidə kompleksinə gəliblər.
Təşkilatçılardan biri səsgücləndirici vasitəsilə səfirdən "Müqəddəs Georgi" lentini çıxarmağı tələb edib.
"İzdiham onları mühasirəyə alaraq abidə kompleksinə daxil olmağa imkan verməyib. Diplomatlar gəldikləri maşınlara geri qaytarılıb. Səfir Andreyev və yoldaşları əklil qoymadan oranı tərk etməli olublar", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu