NATO-nun baş katibi Yens Stoltenberq alyansın Yaponiyada ofisinin açılması planlarını təsdiqləyib.
"Unikal" xəbər verir ki, o, bu barədə CNN-ə bildirib .
Onun sözlərinə görə, Yaponiya NATO üçün çox yaxın və vacib tərəfdaşdır.
“Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir. Pekin Ukraynadakı hadisələri diqqətlə izləyir ”, - o əlavə edib.
Daha əvvəl bildirilmişdi ki, NATO ölkələri 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək sammitdə silah istehsalı ilə bağlı yeni planları təsdiq edəcəklər .