Sakit okeanda yerləşən Tonqa sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ 212 km dərinlikdə qeydə alınıb, episentri Tonqanın Hihifo şəhərindən 73 km şimal-qərbdə olub.
ABŞ zəlzələdən sonra sunami xəbərdarlığının olmadığını bildirib.