Yaponiyanın paytaxtı Tokionun şərqində 5,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələdən sonra sunami qeydə alınmayıb.
Yeraltı təkanların episentri paytaxtla sərhəd olan Çiba prefekturasının şimal-qərbində, təxminən 40 kilometr dərinlikdə olub.
Zəlzələ Tokionun mərkəzində də hiss olunub