Bosniya və Herseqovinanın tərkibində olan Serb Respublikasının prezidenti Milorad Dodik mayın 23-də Moskvaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Dodik yerli RTRS telekanalına müsahibəsində bildirib. O, Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Serb lideri Putinlə gələcəkdə dünyanyada baş verənlərlə bağlı məsələləri müzakirə edəcəyini qeyd edib. Dodikin fikrincə, dünyanın 10 il əvvəlki kimi olmadığı göz qabağındadır və buna görə də ona uyğunlaşmaq lazımdır.
Ağarza Elçinoğlu