Azərbaycanın peyklərinin sayı artırılacaq.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, kosmik fəaliyyət Azərbaycanın milli maraqlara xidmət etməklə yanaşı kommersiya məqsədləri daşıyır.
Onun sözlərinə görə, Azərbaycanın, Gürcüstanın bütün televiziya kanalları Azərbaycan peykləri vasitəsilə ilə yayımlanır.
O vurğulayıb ki, bu gün peyklərlə bağlı Azərbaycanın xaricdən heç bir asılılığı yoxdur.
Anar Kəlbiyev