Müştərilərinin daim rahatlığı üçün çalışan Rabitəbank aqrar sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin nağdsız əməliyyatlara təşviqi məqsədilə Fermerkart kredit kartını təqdim edir. Belə ki, bu kart fermerlərin cari xərclərini həyata keçirmək üçün 60 günədək güzəştli kredit xətti təklif edir.
Kartın özəllikləri aşağıdakılardır:
-Kreditin məbləği: 15 000 AZN-dək
-Kredit xəttinin müddəti: 24 ay
-Faizsiz ödəmə imkanı: 60 gün
-Kartı ödənişsizdir
-İllik faiz dərəcəsi:
-Güzəşt müddəti ərzində - 0%
-Güzəşt müddəti bitdikdən sonra, növbəti gündən başlayaraq - 26%
Qeyd edək ki, Fermerkart-ı yalnız nağdsız qaydada TapAgro.az portalından məhsul alışı zamanı istifadə edə, bütün yanacaq doldurma məntəqələrində ayda maksimum 500 AZN olmaqla nağdsız şəkildə ödəniş edə bilərsiniz.
Fermerkart-ı onlayn sifarişlə ödənişsiz qaydada əldə edin
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.