Almaniyanın Ratingen şəhərində mənzildə baş verən partlayış nəticəsində aralarında polis və yanğınsöndürənlər də daxil olmaqla 12 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, Der Spiegel jurnalı mənzildə baş verən partlayışdan sonra şübhəlinin nəzarətə alındığını, partlama nəticəsində iki polis və 10 yanğınsöndürən olmaqla cəmi 12 nəfərin yaralandığını bildirib.
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində baş verən hadisə ilə bağlı verdiyi açıqlamada polis sözçüsü ehtiyacı olan bir şəxsə kömək etmək üçün polis və xilasetmə qruplarının mənzilə getdiyi zaman qapıda partlayış baş verdiyi məlumatını paylaşıb. Hadisədən sonra başladılan əməliyyat tədbirləri çərçivəsində bir şübhəli nəzarətə götürülüb.