"Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək bir vəziyyətə gəldik. Bunu bir uğur olaraq görürük. Millətimizin xeyrinə olan məsələ ilə bağlı qərar verəcəyik".
"Unikal" xəbər verir ki, bunu Ata Alyansının prezidentliyə namizədi Sinan Oğan mətbuata açıqlamasında deyib.
O, seçkilərin böyük ehtimalla ikinci tura qalacağını bildirib: "Bundan sonra bizi çətin proses gözləyir. Millətimizi təbrik edirəm. Çətin şəraitdə seçki işləri apardıq. Bu gün isə Türkiyədə seçkinin nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldik. Görürəm bu, bizim üçün uğurdur. Əslində gözlədiyimiz səs daha yüksək idi. Bu barədə daha sonra açıqlama verəcəm.
Yaxın bir-iki günə tez bir zamanda Ata Alyansının liderləri ilə iclas keçirəcəm. Bazamızla danışıqlar aparacağam. Buna görə də bir nəticə müəyyən edəcəyik. Bu statusa uyğun olaraq yol xəritəmizi açıqlayacağıq. Biz qarşıdakı 14 gün ərzində üzərimizə düşəni edəcəyik. Ona görə də millətimiz rahat olsun. Türkiyənin böhrana düşməsinə heç vaxt imkan verməyəcəyik
Seçki göstərdi ki, bu seçkidə ən stabil biz olduq. Bu seçki prosesini ən yaxşı idarə edən biz olduq və tutduğumuz münasibətlə seçkinin nəticələrinə birbaşa təsir göstərdik, dəyişdirdik. Ona görə də qarşıdakı dövrdə də bu münasibəti davam etdirəcəyik və millətimizin mənafeyinə uyğun olan hər şeyə qərar verəcəyik".
Ağarza Elçinoğlu