Türk Dövlətləri Təşkilatı seçkilərlə əlaqədar 11-14 may tarixlərində Türkiyəyə Beynəlxalq Seçki Müşahidə Missiyası göndərib.
"Unikal" xəbər verir ki, TDT müşahidəçi heyəti Türkiyədəki prezident və parlament seçkilərinin gedişini izləyib və rəyini açıqlayıb.
Rəydə səsvermə günü xalqın azad iradəsindən istifadə etməsi üçün bütün zəruri şərait yaradıldığı qeyd olunub. Bildirilib ki, seçkilərin tərəfsiz müşahidəsi üçün beynəlxalq şərtlər tətbiq olunub.