Rusiyanın muzdlu “Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin Ukrayna hakimiyyətinə rus qoşunlarının yerlərini satmağı təklif edibmiş.
"Unikal" xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) məxsus sızdırılan məxfi sənədlərdə qeyd olunub.
"The Washington Post" qəzetinin yazdığına görə, ABŞ-ın Massaçusets ştatında Milli Qvardiyanın aviatorunda xidmət etmiş 21 yaşlı Cek Teyxeyranın paylaşdığı məxfi sənədlərdə Priqojin ilə adı açıqlanmayan ukraynalı arasında yanvar ayında görüşü baş tutub.
Həmçinin, "The Washington Post"a danışan iki anonim ukraynalı məmur Priqojinin Ukrayna kəşfiyyatı rəsmiləri ilə dəfələrlə danışdığını təsdiqləyib. Rəsmilərdən biri bildirib ki, Priqojin Baxmut üçün bir neçə dəfə təklif edib, lakin Kiyev liderləri bu təklifi rədd edib.
Xatırladaq ki, Baxmut Ukraynada ən qanlı toqquşmaların davam etdiyi ərazilərindən biridir. Proqojin mayın 10-da ərazidən geri çəkiləcəyini açıqlamışdı. Hətta, "Vaqner"in rəhbəri yüksək səviyyəli Rusiya rəsmilərini ordusuna sursat və təchizat verməməkdə ittiham etmişdi.
Gülayə Mecid