Luqansk Xalq Respublikasının (LXR) Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən İqor Kornetə sui-qəsd edilib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilir ki, o, Luqanskın mərkəzində baş verən partlayış nəticəsində yaralanıb. Hazırda Kornet reanimasiyadadır.
Bundan əvvəl LPR rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik Luqanskın mərkəzində partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləyib.
Gülayə Mecid