Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyası zamanı Moskvada ÜST-ün ofisinin bağlanması qərara alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşkoya məlumat yayıb.
"ÜST-ün Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa ofisi bağlanacaq. Onun funksiyaları Kopenhagenə veriləcək", - açıqlamada deyilir.
Qeyd olunub ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyası zamanı üzv dövlətlərin mütləq əksəriyyəti müvafiq qərarın lehinə səs verib.