Onlarla insan Tbilisinin mərkəzində Gürcüstan parlamenti qarşısında Rusiya ilə birbaşa uçuşların ləğvini tələb edərək etiraz aksiyası keçirir.
"Unikal" xəbər verir ki, etirazçılar Gürcüstan hakimiyyətinin Moskvanın birbaşa uçuşlara qadağaları aradan qaldırmaq, eləcə də Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək qərarına müsbət reaksiyasını tənqid edirlər .
Etirazçılar ölkə rəhbərliyindən tezliklə Tbilisi ilə Moskva arasında birbaşa uçuşların həyata keçirilməsinə qadağa qoyulmasını tələb edirlər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 10-da imzaladığı fərmanla 2019-cu ilin iyun ayından qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiya Federasiyasının viza rejiminin ləğvini və Gürcüstana uçuşların qadağan edilməsini müsbət adlandırıb.