""Günay Bank"ın lisenziyasının ləğvi bank sektorunda inhisarlaşmanın davamıdır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank özü də etiraf edir ki, bu kiçik bankın bağlanması bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
"Bank nəzarəti formal yox, riskyönümlü olmalıdır. Sistem üçün risk törətməyən bank niyə bağlansın ki? Əslində, "Günay Bank" və onun kimi bəzi kiçik və orta banklar iri banklarımızın hamısından daha səmərəli və təhlükəsizdir. Bu xəbərə ən çox sevinən Əmanətlərin Sığortalanması Fondu olacaq. Hansı ki, ləğv edilən bankların olan-qalan əmlakının başına daş salmaqda mahirdir".