2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,3% artaraq 1639,3 milyon manat olub.
Bu barədə "Unikal"a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verilib.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1250,4 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3%-ni təşkil edib.