"Özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır".
"Unikal" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O bildirib ki, özəl fondların yaradılması istiqamətində araşdırmalar aparılır: "Artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır. Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq".