Azərbaycanda komputer istehsalı artıb.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-aprel aylarında 66,9 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 1,5 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 4,4 dəfə, ölçmə cihazlarının istehsalı isə 2,0 dəfə artıb.