Ata Alyansından (Atatürk Alyansı) Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti öz  mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilir ki, Sinan Oğan bu gün seçkilərin ikinci turunda prezident Ərdoğanı dəstəkləyəcəyini açıqlayacaq.

"O, Kılıçdaroğlunu dəstəkləməyəcəyini bəyan edəcək, çünki o, terror təşkilatlarını dəstəkləyir”, - deyə KİV-də qeyd olunub.  

Gülayə Mecid