"TRT" kanalında yayımlanan "Yürek çıkmazı" serialı üçün final qərarı alınıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 28-ci bölümdə sonlanacaq. Buna səbəb isə layihənin reytinqlərdə geriləməsi olub.
Qeyd edək ki, serialın baş rollarını Alp Navruzla İrem Helvacıoğlu paylaşır.