Amerikalı müğənni Beyonsun beş ildə ilk dünya turnesi böyük səs-küyə səbəb olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ingiltərədə keçiriləcək konsert üçün London meriyası sənətçinin çoxsaylı pərəstişkarlarını şəhərin otellərində yerləşdirmək üçün kəskin tədbirlər görməli olub.
Belə ki, otellərə artan tələbatı ödəmək üçün əvvəllər burada 30 ailəyə verilən mənzillər onlardan alınacaq. Orada yaşayan ailələr isə müvəqqəti olaraq alternativ mənzillərə yerləşdiriləcək.
Qeyd edək ki. Beyons Londonda 5 gün konsert verəcək.