"Şəbəkəyə qanunsuz qoşulma hallarına daha çox Bakı ətrafı ərazilərdə rast gəlinir".

"Unikal" xəbər verir ki, bunu "Azərsu" ASC-nin Elektron idarəetmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı deyib.

O bildirib ki, belə hallar aşkarlandıqca inzibati tədbirlər görülür: "Bu tədbirlərinə görülməsinə baxmayaraq təkrar bu hallara yol verənlər olur".

C.Cabbar bildirib ki, bu il "Azərsu" ASC tərəfindən 1500-ə yaxın iri su istehlakçısının yoxlanması aparılıb. 

"Onların 23 faizində və ya 340 ünvanda müxtəlif qüsurlar aşkarlanıb. 19 iri su istehlakçısında kənar müdaxilə, 79 ünvanda şəbəkəyə qanunsuz müdaxilə, 47 ünvanda sayğacın ayrılması, 78 ünvanda sayğacın işləmədiyi müəyyən edilib. Nəticədə 180 min kub metrə yaxın su bərpa edilib".

O əlavə edib ki, 1865 əhali qrupuna daxil olan şəxslər qanunsuz sudan istifadəyə görə 431 min manatlıq cərimələnib. Onlardan 140 min manata yaxını ödənilib.

"43 iri su istehlakçısında kənar xətlərdən istifadəyə görə 85 min manata yaxın dəymiş ziyan aşkarlanıb. 4 ay ərzində sudan qeyri-qanuni istufadəyə görə 4800 hal aşkarlanıb. 
Bunlardan 4700-ü əhali sektorunun payına düşür".

Anar Kəlbiyev