Bazar günü Türkiyə təhlükəsizlik qüvvələri sosial şəbəkələrdə Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı təxribat xarakterli mesajların yayılmasına görə 5 nəfəri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Onlar sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turunda səsvermənin gedişi ilə bağlı ictimaiyyətdə yanlış, qeyri-real və ya yanlış təsəvvür yarada biləcək təxribat və manipulyasiya xarakterli mesajlar yerləşdirməklə ictimai asayişi pozmağa cəhddə ittiham olunurlar.