Premyerası baş tutan "Kiçik su pərisi" filmi ilə bağlı maraqlı detal ortaya çıxıb.
"Unikal" xəbər verir ki, ekran işində "Ariel" adlı baş qəhrəmanın sadəcə saçları üçün 150 min dollar (təxminən 255 min 325 manat) pul xərclənib. Belə ki, əsas obrazı canlandıran aktrisa Holli Beyli film üçün 75 santimetr uzunluğunda saçlar taxmalı olub. Onun bu obrazını yaratmaq üçün 12-14 saat vaxt sərf edilib.
Qeyd edək ki, ekran işi 1989-cu ildə işıq üzü görən film əsasında yenidən lentə alınıb.