Naxçıvan MR-nın büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) yerli büdcədən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur.
"Unikal" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu səbəblərə görə muxtar respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və yaxud 6,2 % azaldılır. Bunlar nəzərə alınmaqla, Naxçıvanın büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və yaxud 1,6 % manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək.