"NATO Şərqə doğru genişlənməyəcəyinə söz verərək Rusiyanı aldatdı".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Putin qeyd edib ki, NATO da Ukrayna üzərində qələbə çalmağa çalışıb.
“SSRİ-nin dağılmasından sonra Ukraynaya Qərbin təklifi ilə anti-Rusiya yaratmaq yoluna çıxan insanlar nəzarət edirdi. Kiyev Rusiya vətəndaşlarını qorxutmaq yolunu seçib, bu, terror fəaliyyətinin bariz əlamətidir”, - Rusiya prezidenti əlavə edib.
O, müstəqillik dövründə Ukraynanın əvvəldən özünü neytral dövlət elan etdiyini, daha sonra Rusiyaya düşmən olan, sırf SSRİ və Rusiya Federasiyası ilə mübarizə məqsədilə yaradılmış NATO-ya daxil olmaq üçün tədricən fərqli yola qədəm qoyduğunu vurğulayıb.
Onun sözlərinə görə, 2008-ci ildə Ukraynada heç bir xarici hərbi-siyasi gərginlik əlamətləri görünmədən NATO-ya daxil olduqlarını, Qərb ölkələri isə Ukrayna üçün NATO-nun qapılarının açıq olduğunu bəyan ediblər.