Rostovda avarçəkmə kanalında tribunaların çökməsi nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə region rəhbəri bildirib.

Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi 21 yaralı və bir qadının öldüyünü bildirmişdi.

20:00

Rusiyanın Rostov vilayətində tribunanın uçması nəticəsində 15 nəfər xəsarət alıb, bir nəfər ölüb.

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib.
Daha əvvəl 7 uşağın zərər çəkdiyi bildirilirdi.
Avarçəkmə kanalında insident günorta saatlarında baş verib. Tribunanın çökməsi nəticəsində bir qadın ölüb.
Qubernatorun sözlərinə görə, ikisi uşaq olmaqla üç qurbanın vəziyyəti ağırdır.
Qolubev bildirib ki, çökməyə şaxtalı külək səbəb olub.