"Azərbaycan Aİİ-yə daxil olmaqdan çox uzaqdır".
"Unikal" xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
O, MDB ölkələrinin qarşılıqlı ticarətin intensivləşdirilməsi istiqamətində addımlar atmasını vacib sayır.
Lebedev xatırladıb ki, Ali Avrasiya İqtisadi Şurasının iclasında ilk dəfə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib və o, Bakının Avrasiya İttifaqı ilə münasibətləri intensivləşdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Aİİ-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.