Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şolts Moldovada keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində görüşüblər. 

"Unikal" xəbər verir ki, ölkə rəhbəri Litvadan olan həmkarı Gitanas Nauseda və Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə də görüş keçirib. 

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli görüş keçiriləcək. 

***16:26

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Kişinyovda “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirak üçün Mimi qəsrinə gedib.

"Unikal"ın "Moldpress"ə istinadən verdiyi xəbərə görə, toplantı iştirakçılarının birgə foto çəkdirməsindən sonra Azərbaycan lideri İlham Əliyevin ukraynalı həmkarı Volodimir Zelenski ilə salamlaşması diqqət çəkib.

Qeyd edək ki, builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Ağarza Elçinoğlu