"Biz 6,9 faiz inflyasiya proqnozlaşdıranda bunun real olmadığını qeyd etmişdik. İndi isə 4,4 faiz proqnozlaşdırıb bunun da real olmadğını qeyd edirik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, qiymətlər sürətlə artır. Onun sözlərinə görə, qiymətlərin sürətlə artması bir sıra sosial göstəricilərə illik baxmağı deyil, rüblük baxmağı tələb edir:
"Demək olar ki, qiymətlər hər gün, hər həftə artır. Gələn ildən inflyasiyanın artması proqnozu ötəcək. Ona gör də yenidən əmək haqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirəm".
Anar Kəlbiyev