"Expressbank" kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat beynəlxalq audit şirkəti “KPMG” tərəfindən təsdiqlənib.
"Unikal" xəbər verir ki, hesabata əsasən, Bank ötən ili 14,45 mln. manat xalis mənfəət ilə başa vurub ki, bu da 2021-ci illə müqayisədə 36.8% yuxarı göstəricidir.
Ötən ilin yekununda bankın faiz və qeyri-faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 15% artaraq 47,8 mln. manat, qeyri-faiz gəlirləri isə 27% artaraq 18,216 mln. manat olub. Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
Bankın aktivləri isə 25% artımla 437,39 mln. manata yüksəlib. Aktivlərin 298,948 mln. manatını kredit portfeli təşkil edib.
Hesabatda Bankın depozit portfelinin 208,166 mln. manat təşkil etdiyi qeyd edilib ki, bu da 2021-ci ilin göstəricilərindən 31% yüksəkdir.
Qeyd edək ki, "Expressbank" ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
"Expressbank" Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.