İran hakimiyyəti ötən ay 142 nəfəri edam cəzasına məhkum edib
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, İran İnsan Haqlarına görə, bu, 2015-ci ildən bəri bir ay ərzində ən yüksək edam sayıdır.
Məlumata görə, bu il İranda ümumilikdə 307 nəfər edam edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 76 faiz çoxdur.
Hüquq müdafiəçilərinin fikrincə, edam hökmlərinin artması ilə İran hakimiyyəti etirazların qarşısını almaq üçün ictimaiyyətdə qorxu yaratmağa çalışır.
Ağarza Elçinoğlu