Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Yerli sakinlər qurbanların sayının 100-ə yaxınlaşa biləcəyini iddia edirlər. Müxtəlif hesablamalara görə, qurbanların sayı 400-ə yaxındır. 

20:44

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.

Hadisə nəticəsində 50 nəfər ölüb, 179 nəfərin isə xəsarət aldığı bildirilir.

20:25

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarı toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Hadisə nəticəsində 30 nəfər ölüb.