Masallıda kişi tanışına xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, Əliağayev Məhərrəməli Siyab oğlu 27.05.2023-cü il tarixdə, saat 23 radələrində, Masallı şəhəri Dadva küçəsində əvvəllər tanıdığı Yusubov Baloğlan Yusub oğlu ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlində olan istintaqa məlum olmayan taxta parçasını Baloğlan Yusubovun baş nahiyəsinə qəsdən atıb vuraraq sonuncuya baş beyinin sağ gicgah və sol alın payının hemorragik əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid və digər bədən xəsarətləri yetirib.

Faktla bağlı Masallı RPŞ-nin İB-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi istintaqı aparılır.\

Murad İbrahimli