"Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri bizə filmlərdən tanış olan adi hərbi münaqişə ideyasına ziddir". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

Onun sözlərinə görə, Ukrayna öz əməliyyatlarında hibrid taktikalardan istifadə edir.

Hərbi forma geyinən Medvedev Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun başlanmasına işarə edib: "Rusiyada “qaynar nöqtələr” yaranıb, onlardan biri də Belqorod vilayətinin Şebekino şəhəri olub. Mülki əhalinin ölüm halları var. Pilotsuz təyyarələr həmçinin Kursk, Bryansk, Smolensk və Kaluqa vilayətlərini vurur". 

Ağarza Elçinoğlu