Azərbaycan Kubokunun final oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında keçirilən görüşlə 2022/2023 mövsümünə yekun vurulub.

Görüşün əlavə vaxtında bölgə təmsilçisi hesabı açıb. 102-ci dəqiqədə İsnik Alimi penaltidən fərqlənərək, "qırmızı-qaralar"ı önə keçirib. Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub.

Beləliklə, 1:0 hesablı qələbə qazanan "Qəbələ" tarixində 2-ci dəfə Azərbaycan Kubokuna sahiblənib.