Rusiya prezident Vladimir Putinin Ukraynaya işğalı zamanı qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” partiyasının deputatı Konstantin Zatulin deyib. 

Deputat xatırladıb ki, Rusiyanın məqsədi “Ukraynanın demilitarizasiyasına, dövlətsizləşdirilməsinə və neytrallığına” nail olmaq, habelə özünü elan etmiş Donetsk və Luqansk xalq respublikalarının sakinlərini “qorumaq” niyyətində olub. 

"Bu hallardan hansında nəticə əldə etdik? Heç biri. Üstəlik, onların bəziləri öz əhəmiyyətini itirib. Məsələn, Ukraynanın neytrallığı. Bu tələbin mənası nədir? Hazırda heç bir şey yoxdur”, - Zatulin ifadə edib. 

Deputatın fikrincə, Qərbin indiki dəstəyi ilə Rusiya Ukraynanı ələ keçirə bilməyəcək. 

Gülayə Mecid