Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən təmir-tikinti alətləri və 1 ədəd velosipedin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Cəfərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yaşayış evləri, ofis, gözəllik salonu daxil olmaqla ümumilikdə 9 ünvandan oğurluq etdiyi müəyyən edilib. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanıldıqdan sonra N.Cəfərovun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırma aparılır.